Əsas məzmuna keç

ABŞ İrana ultimatum verdi: Hərbi əməliyyatlar başlaya bilər

ABŞ İrana ultimatum verdi: Hərbi əməliyyatlar başlaya bilər

Donald Tramp administrasiyası atəşkəs üçün son möhlət təyin edib. Axios-un yaydığı məlumatda Tehranın bu addımı 'hiylə' sayması regionda müharibə riskini artırır.

en ru

İrana danışıqlar üçün bir neçə günlük vaxt verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “” portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ administrasiyası İrana danışıqlar masasına qayıtması üçün bir neçə gün vaxt verməyi planlaşdırır. Əks halda hərbi əməliyyatların yenidən başlaya biləcəyi istisna olunmur.

Məlumata görə, administrasiyası atəşkəsin 3–5 gün müddətinə uzadılmasına hazırdır, lakin bu müddətin qeyri-müəyyən olmayacağı vurğulanıb.

“Diplomatik səylərə bir az daha vaxt vermək qərara alınıb”, – deyə amerikalı rəsmi bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp daha əvvəl “Truth Social” platformasında İranla atəşkəsin uzadılmasına dair niyyətini açıqlamışdı.

Digər tərəfdən, İran parlament sədrinin müşaviri Mehdi Məhəmmədi bu addımı tənqid edərək, atəşkəsin uzadılmasını “hiylə” adlandırıb və bunun Tehrana qarşı yeni hücumlara hazırlıq məqsədi daşıya biləcəyini iddia edib. O, həmçinin ABŞ-nin məğlub tərəf kimi şərt diktə edə bilməyəcəyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…