Azərbaycanlı atlet Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclər arasında Avropa birinciliyində üç medal qazanıb.
70 kq çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 134 kq nəticə göstərərək gümüş medal əldə edib.
Həsənov təkanla qaldırmada 162 kq ağırlığın öhdəsindən gəlib. Bu nəticə ona bürünc medal qazandırıb.
İki hərəkətin cəmində 296 kq nəticə göstərən Fuad Həsənov Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. Beləliklə, atlet yarışda iki gümüş və bir bürünc medal qazanıb.