Əsas məzmuna keç

Lavrov: Putinin Ukrayna kilsəsi ilə bağlı sözləri Trampı sarsıdıb

Lavrov: Putinin Ukrayna kilsəsi ilə bağlı sözləri Trampı sarsıdıb

Rusiya XİN rəhbəri Sergey Lavrov Vladimir Putinin Ukrayna Pravoslav Kilsəsinə qarşı təqiblərlə bağlı açıqlamalarının Donald Trampa təsir etdiyini bildirib.

en ru

ABŞ Prezidenti Donald Trampın Ukraynadakı dini vəziyyətlə bağlı məlumatlara kəskin reaksiya verdiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Şərq İqtisadi Forumu çərçivəsində verdiyi açıqlamada məlumat verib.

Lavrovun sözlərinə görə, Rusiya Prezidenti və arasında keçirilən görüşlərdən birində Ukraynadakı dini vəziyyət müzakirə olunub. Putin Pravoslav Kilsəsinin fəaliyyətinə qoyulan məhdudiyyətlər və təqiblər barədə məlumat verib.

Rusiya XİN rəhbəri iddia edib ki, Tramp bu məlumatı eşidəndə inanmayıb və sözün əsl mənasında sarsılıb.

Lavrov bildirib ki, Tramp məsələni dəqiqləşdirmək üçün ABŞ-nin Marko Rubio ilə əlaqə saxlayıb. Rubio məlumatı təsdiqlədikdən sonra Trampın vəziyyəti təəccüblə qarşıladığı qeyd olunub.

Qeyd edək ki, daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna da Vaşinqtonu Ukraynada dini qurumlara qarşı tətbiq edilən təzyiqləri görməzdən gəlməməyə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…