Əsas məzmuna keç

İran ABŞ ilə dialoqun bərpasının şərtini açıqladı

İran ABŞ ilə dialoqun bərpasının şərtini açıqladı

İranın xarici işlər naziri Abbas Araqçı Vaşinqtonun Tehranla münasibətlərdə təzyiq siyasətindən əl çəkməli olduğunu vurğulayıb.

en ru

İran ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İranın naziri Əraqçi Vaşinqtonun Tehranla dialoqda siyasətinin nəticə vermədiyini anlamalı olduğunu bildirib. Nazir “X” sosial şəbəkəsindəki paylaşımında diplomatiyanın yenidən düzgün məcraya yönəldilməsinin mümkün olduğunu qeyd edib.

Əraqçinin sözlərinə görə, bunun üçün ABŞ etimadı gücləndirməli, İranla hörmət əsasında davranmalı, ölkənin hüquqlarını tanımalı və üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.

İranlı nazir Vaşinqtonun bu addımları atacağı təqdirdə diplomatik təmasların yenidən bərpa olunmasının mümkün olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti daha əvvəl İranla danışıqlar aparmaq niyyətində olmadıqlarını açıqlamışdı. Ağ Evdə jurnalistlərə “Biz görüşməyi və ya buna bənzər hər hansı bir addım atmağı planlaşdırmırıq” deyərək, hazırkı gərginlik fonunda Tehranla dialoqa maraqlı olmadığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…