Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət millisi Qubada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.
Komanda Avropa çempionatının birinci təsnifat mərhələsində, Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) yarışında iştirak üçün hazırlıq görür. Yoxlama görüşündə millinin rəqibi Milli Aviasiya Akademiyasının gənc qızlardan ibarət komandası olub.
Qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
U-20 yığmasının Qubadakı təlim-məşq toplanışı oktyabrın 19-dək davam edəcək.