Əsas məzmuna keç
İnam İmdad oğlu Kərimov

İnam İmdad oğlu Kərimov

Ali Məhkəmənin sədri

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mənbə: supremecourt.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

İnam Kərimov 1977-ci ildə Bakı şəhərində anadan olub.

2002–2004-cü illərdə Prezident Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə baş məsləhətçi işləyib. 2005–2012-ci illərdə eyni zamanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. 2012–2018-ci illərdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, 2018–2023-cü illərdə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

4 aprel 2023-cü ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi və sədridir. 24 iyun 2023-cü ildən Məhkəmə-Hüquq Şurasının sədridir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1984–1994 — Bakı şəhəri Humanitar Fənlər Gimnaziyası
  • 1994–1995 — “Richmond High School” (İndiana ştatı, ABŞ)
  • 1995 — Bakı Dövlət Universiteti, Beynəlxalq hüquq fakültəsi
  • 1998–2000 — Strasburq Universiteti (Fransa), hüquq, bakalavr
  • 2000–2002 — Sorbonna Universiteti, hüquq, magistr
  • 2013 — Sorbonna Universiteti, hüquq üzrə doktor (docteur en droit)

Xəbərlərdə

“İnam Kərimov” haqqında bütün xəbərlər (14) →