Nuru Nadir oğlu Quliyev
Şəki Apellyasiya Məhkəməsinin sədri
Tərcümeyi-hal
Nuru Nadir oğlu Quliyev Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini 2000-ci ildə bitirib. 2002–2003-cü illərdə "Biznes Servis Sentr LTD" müəssisəsində hüquqşünas köməkçisi, 2004–2006-cı illərdə "Vneşekspert Servis" şirkətində, 2006–2010-cu illərdə "Trans Qafqaz Transport" MMC-də hüquqşünas işləyib.
2010–2017-ci illərdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi olub, 2017-ci ildən Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli Sərəncamı ilə Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilib.
Təhsil
- 2000 — Naxçıvan Dövlət Universiteti, hüquq fakültəsi