Əsas məzmuna keç

Zəfər Arif oğlu Quliyev

Gəncə İnzibati Məhkəməsinin sədri

Mənbə: jlc.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Zəfər Arif oğlu Quliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 2002–2003-cü illərdə Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsində mütəxəssis, 2003–2006-cı illərdə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində aparıcı və baş mütəxəssis, 2006–2007-ci illərdə Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsində baş məsləhətçi, 2007–2010-cu illərdə Təşkilat-Nəzarət Baş İdarəsində baş məsləhətçi işləyib.

2010–2017-ci illərdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi olub, 2017-ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 may tarixli Sərəncamı ilə Gəncə İnzibati Məhkəməsinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1999 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi
  • 2001 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi