Namidar Əlöysət oğlu Misirzadə
Şirvan Kommersiya Məhkəməsinin sədri
Tərcümeyi-hal
Namidar Əlöysət oğlu Misirzadə 2001-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq, 2011-ci ildə hüquq fakültəsini bitirib. Bakı şəhəri Yasamal və Səbail rayon məhkəmələrində kuryer, məsləhətçi-məhkəmə iclas katibi, 2007–2008-ci illərdə Sabunçu Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi, 2008–2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi, 2010–2013-cü illərdə "Bank VTB" ASC-nin hüquq idarəsinin məhkəmə hüquq işi şöbəsində aparıcı mütəxəssis işləyib.
2013-cü ildən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi olub.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 may tarixli Sərəncamı ilə Şirvan Kommersiya Məhkəməsinin sədri təyin edilib.
Təhsil
- 2001 — Bakı Dövlət Universiteti, beynəlxalq hüquq fakültəsi
- 2011 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi