Əsas məzmuna keç

Abbas Əhəd oğlu Rzayev

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri

Mənbə: jlc.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Abbas Əhəd oğlu Rzayev Bakı Dövlət Universitetinin hüquq fakültəsini 1997-ci ildə bitirib. 1999–2005-ci illərdə "İlandağ SA" firmasında hüquqşünas, 2005–2007-ci illərdə 5 saylı Hüquq Məsləhətxanasında vəkil işləyib. 1999-cu ildən Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində müəllim kimi dərs deyib.

2007–2012-ci illərdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2012-ci ildən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi olub.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 aprel tarixli Sərəncamı ilə Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1997 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi