Əsas məzmuna keç

Fərid İlham oğlu Əyyubov

Abşeron Rayon Məhkəməsinin sədri

Mənbə: jlc.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Fərid İlham oğlu Əyyubov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr (2007-ci ildə) və magistratura (2010-cu ildə) pillələrini bitirib. 2010–2018-ci illərdə Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi işləyib.

2018–2022-ci illərdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, 2022-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi olub. Milli Məclisin 2025-ci il 11 aprel tarixli qərarı ilə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 aprel tarixli Sərəncamı ilə Abşeron Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2007 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi, bakalavr
  • 2010 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi, magistratura