Gülsarə Kərimovna İmanova
Zəngilan Rayon Məhkəməsinin sədri
Tərcümeyi-hal
Gülsarə Kərimovna İmanova Türkmənistan Dövlət Universitetinin hüquq fakültəsini 1984-cü ildə bitirib. 1984–1986-cı illərdə Çarcov vilayəti Təmir-Tikinti trestində hüquqşünas, 1986–1992-ci illərdə Çarcov vilayəti Darqanata rayon hüquq məsləhətxanasında vəkil, 1992–1994-cü illərdə Darqanata rayonu Qaraçak qəsəbə notariat kontorunda notarius işləyib, 1994–1996-cı illərdə fərdi vəkillik fəaliyyəti ilə məşğul olub. 2007–2013-cü illərdə Bakı şəhəri 3 saylı hüquq məsləhətxanasında vəkil olub.
2013-cü ildən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi olub.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 aprel tarixli Sərəncamı ilə Zəngilan Rayon Məhkəməsinin sədri təyin edilib.
Təhsil
- 1984 — Türkmənistan Dövlət Universiteti, hüquq fakültəsi