İlham Sadət oğlu İbrahimov
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri
Tərcümeyi-hal
İlham Sadət oğlu İbrahimov 1990-cı ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix, 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2001–2005-ci illərdə Babək rayon icra bölməsində icra məmuru, 2005–2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin icra qrupunda icra məmuru, böyük icra məmuru, 2008–2010-cu illərdə həmin məhkəmənin icra bölməsinin rəisi işləyib.
2010-cu ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi olub.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 oktyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Təhsil
- 1990 — Naxçıvan Dövlət Pedaqoji İnstitutu, tarix fakültəsi
- 2000 — Naxçıvan Dövlət Universiteti, hüquq fakültəsi