Əsas məzmuna keç

Tofiq Temir oğlu Paşayev

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri

Mənbə: jlc.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Tofiq Temir oğlu Paşayev Bakı Dövlət Universitetinin hüquq fakültəsini 1993-cü ildə bitirib. 1988–1992-ci illərdə Qazaxıstan Respublikasının Baş Prokurorluğunda kriminalist, 1992–1993-cü illərdə Aktau Şəhər Prokurorluğunda baş müstəntiq, 1993–1995-ci illərdə vilayət prokurorluğunda mühüm işlər üzrə müstəntiq, 1995–1996-cı illərdə Qazaxıstan Dövlət İstintaq Komitəsinin istintaq hissəsinin rəisi, 1996–1997-ci illərdə istintaq idarəsinin rəisi işləyib. 1998–2000-ci illərdə "Renessans" Elm-İstehsalat Mərkəzinin Humanitar elmlər şöbəsində elmi işçi və hüquqşünas olub.

2000–2007-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi, 2007–2012-ci illərdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri olub. 2012-ci ildən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli Sərəncamı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1993 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi