Əsas məzmuna keç

Zaur İkram oğlu Məmmədov

Sumqayıt Apellyasiya Məhkəməsi sədrinin müavini

Mənbə: jlc.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Zaur İkram oğlu Məmmədov 1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini inşaatçı-mühəndis ixtisası üzrə, 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1998–2006-cı illərdə Ali Məhkəmədə kuryer, katibliyin məsləhətçisi, aparatın böyük məsləhətçisi, Rəyasət Heyətinin məsul katibi, 2006–2008-ci illərdə Ali Məhkəmənin vətəndaşların qəbulu, müraciətlərin qeydiyyatı və baxılması şöbəsində böyük məsləhətçi işləyib.

2008–2011-ci illərdə Sumqayıt Yerli İqtisad Məhkəməsinin, 2011–2017-ci illərdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2017-ci ildən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimidir; sonra həmin məhkəmənin Kommersiya Kollegiyasının sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 14 oktyabr tarixli Sərəncamı ilə Kommersiya Kollegiyasının sədri vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1994 — Azərbaycan İnşaat Mühəndisləri Universiteti, inşaatçı-mühəndis
  • 2000 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi