Əsas məzmuna keç

Rəşad Şəmşir oğlu Əliyev

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri

Mənbə: jlc.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Rəşad Şəmşir oğlu Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 2001–2002-ci illərdə Baş Prokurorluğun Hüquqi təminat şöbəsində mütəxəssis, 2002–2004-cü illərdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Prokurorluğunda stajçı, 2004–2009-cu illərdə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunda müstəntiq, 2009–2010-cu illərdə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində böyük müstəntiq işləyib.

2010–2020-ci illərdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, 2020–2021-ci illərdə Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri olub. 2021-ci ildən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədridir.

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli Sərəncamı ilə yenidən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1998 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi
  • 2000 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi