Əsas məzmuna keç

Araz Firidun oğlu Hüseynov

Bakı İnzibati Məhkəməsinin sədri

Mənbə: jlc.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Araz Firidun oğlu Hüseynov 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. 1994–1996-cı illərdə Qaradağ Rayon İcra Hakimiyyətində birinci dərəcəli hüquqşünas, 1998–2000-ci illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik və hüquqi təbliğat idarəsində mütəxəssis, aparıcı və baş mütəxəssis, 2000-ci ildə ədliyyə nazirinin köməkçisi, 2000–2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində böyük referent, baş məsləhətçi işləyib.

2007–2010-cu illərdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi, 2010–2017-ci illərdə həmin məhkəmənin sədri, 2017–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri olub. 2020-ci ildən Bakı İnzibati Məhkəməsinin sədri vəzifəsində çalışır; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 may tarixli Sərəncamı ilə yenidən bu vəzifəyə təyin edilib.

2018-ci ildən Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının idarə heyətlərinin üzvüdür.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1994 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi
  • 2003 — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, dövlət və bələdiyyə idarəetməsi fakültəsi