İlham Bayram oğlu Əhmədov
Bakı Kommersiya Məhkəməsinin sədri
Tərcümeyi-hal
İlham Bayram oğlu Əhmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsini 1991-ci ildə bitirib, hüquq üzrə fəlsəfə doktorudur. 1992–2008-ci illərdə Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasında müəllim, baş müəllim, dosent işləyib.
2008–2011-ci illərdə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin, 2011–2018-ci illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 2018–2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub. 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, daha sonra Bakı Kommersiya Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 may tarixli Sərəncamı ilə Bakı Kommersiya Məhkəməsinin sədri təyin edilib.
Təhsil
- 1991 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi