Əsas məzmuna keç

Mübariz Rahil oğlu Hüseynov

Şəki Kommersiya Məhkəməsinin sədri

Mənbə: jlc.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Mübariz Rahil oğlu Hüseynov Bakı Dövlət Universitetinin hüquq fakültəsini 1998-ci ildə bitirib. 2002-ci ilədək "Advokat" Qanunlar Şirkətində stajçı hüquqşünas, 2002–2004-cü illərdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının İqtisadi və sosial hüquqların müdafiəsi şöbəsində böyük məsləhətçi, 2004–2011-ci illərdə Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi işləyib.

2011–2013-cü illərdə Şəki İnzibati-İqtisadi Məhkəməsinin, 2013–2015-ci illərdə Laçın Rayon Məhkəməsinin, 2016–2018-ci illərdə Ağstafa Rayon Məhkəməsinin hakimi olub, 2018-ci ildən Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 may tarixli Sərəncamı ilə Şəki Kommersiya Məhkəməsinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1998 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi