Rəşad Rafiq oğlu Mustafayev
Sumqayıt Şəhər Məhkəməsinin sədri
Tərcümeyi-hal
Rəşad Rafiq oğlu Mustafayev Bakı Dövlət Universitetinin hüquq fakültəsini 1994-cü ildə bitirib. 1997–1998-ci illərdə Ədliyyə Nazirliyinin Qanunlar Toplusu Redaksiya qrupunda müvəqqəti aparıcı mütəxəssis, 1998–2006-cı illərdə Qanunvericilik və hüquqi təbliğat idarəsində baş mütəxəssis, 2006–2008-ci illərdə Qanunvericilik Baş İdarəsinin İqtisadi normativ aktlar idarəsində baş məsləhətçi, 2008–2010-cu illərdə həmin idarənin rəisi işləyib.
2010–2017-ci illərdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi olub, 2017-ci ildən Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 may tarixli Sərəncamı ilə Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilib.
Təhsil
- 1994 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi