Əsas məzmuna keç

Xəyal Əjdər oğlu Sarıyev

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sədri

Mənbə: jlc.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Xəyal Əjdər oğlu Sarıyev Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini 2005-ci ildə bitirib. 1997–2007-ci illərdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsində iclas katibi, 2007–2008-ci illərdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi işləyib.

2008–2017-ci illərdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi, 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi olub. Milli Məclisin 2025-ci il 11 aprel tarixli qərarı ilə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 aprel tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2005 — Azərbaycan Beynəlxalq Universiteti, hüquq fakültəsi