Hökümə Çingiz qızı Babayeva
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri
Tərcümeyi-hal
Hökümə Çingiz qızı Babayeva Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 2002–2007-ci illərdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində makinaçı-operator, məsləhətçi-iclas katibi, 2007–2013-cü illərdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində məsləhətçi-iclas katibi, hakim köməkçisi işləyib.
2013–2018-ci illərdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub, 2018-ci ildən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimidir.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 may tarixli Sərəncamı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib.
Təhsil
- 2002 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi
- 2006 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi