Əsas məzmuna keç

Vəli Əsgər oğlu Abdullayev

Şirvan Apellyasiya Məhkəməsinin sədri

Mənbə: jlc.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Vəli Əsgər oğlu Abdullayev Bakı Dövlət Universitetinin hüquq fakültəsini 1994-cü ildə bitirib. 1994–1995-ci illərdə Sədərək Rayon Polis Şöbəsində müstəntiq, sahə müvəkkili, 1995–1996-cı illərdə Şərur Rayon Ədliyyə Polis Qrupunda böyük inspektor işləyib.

2000–2003-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, 2003–2008-ci illərdə həmin məhkəmənin cinayət və inzibati xətalara dair işlər üzrə apellyasiya kollegiyasının sədri olub. 2008–2009-cu illərdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, 2009–2021-ci illərdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

2021-ci ildən Şirvan Apellyasiya Məhkəməsinin sədridir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli Sərəncamı ilə yenidən Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1994 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi