Fikrət Cilingir oğlu Hüseynov
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri
Tərcümeyi-hal
Fikrət Cilingir oğlu Hüseynov 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin, 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2001–2006-cı illərdə Bakı şəhəri Səbail Rayon Məhkəməsində dəftərxana müdiri, məsləhətçi, böyük məsləhətçi, 2007–2008-ci illərdə Fövqəladə Hallar Nazirliyində hüquqşünas, 2008–2010-cu illərdə Bakı şəhəri Səbail Rayon Prokurorluğunda dəftərxana müdiri işləyib.
2010–2014-cü illərdə Göygöl Rayon Məhkəməsinin hakimi olub, 2014-cü ildən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli Sərəncamı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib.
Təhsil
- 2001 — Azərbaycan Beynəlxalq Universiteti, hüquq fakültəsi
- 2008 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi