Tale Suliddin oğlu Kərimov
Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri
Tərcümeyi-hal
Tale Suliddin oğlu Kərimov Rusiya Federasiyasının Ulyanovsk Dövlət Universitetinin hüquq fakültəsini 1998-ci ildə bitirib. 2000-ci ilədək Ulyanovsk şəhərində "Topol" firmasında hüquqşünas işləyib. 2000–2001-ci illərdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində proqramçı, məhkəmə iclas katibi, 2001–2010-cu illərdə həmin məhkəmənin məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsində böyük məhkəmə nəzarətçisi, böyük məhkəmə icraçısı, 2010–2013-cü illərdə Nizami Rayon İcra şöbəsində böyük icra məmuru olub.
2013–2018-ci illərdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi olub, 2018-ci ildən Şirvan Apellyasiya Məhkəməsinin hakimidir.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 may tarixli Sərəncamı ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib.
Təhsil
- 1998 — Ulyanovsk Dövlət Universiteti (Rusiya Federasiyası), hüquq fakültəsi