Fərman Məmməd oğlu Abbasov
Tərtər Hərbi Məhkəməsinin sədri
Tərcümeyi-hal
Fərman Məmməd oğlu Abbasov Bakı Dövlət Universitetinin hüquq fakültəsini 1995-ci ildə bitirib. 1995–1996-cı illərdə Naxçıvan Şəhər Polis Şöbəsinin istintaq bölməsində müstəntiq, 1996–2001-ci illərdə Babək Rayon Polis Şöbəsinin istintaq qrupunda müstəntiq, 2001–2007-ci illərdə Naxçıvan şəhər dəmir yolu nəqliyyatında polis şöbəsinin istintaq qrupunda baş müstəntiq işləyib.
2007–2013-cü illərdə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi, 2013-cü ildən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi olub. Milli Məclisin 2025-ci il 24 oktyabr tarixli qərarı ilə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar bu vəzifədən azad edilib.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 oktyabr tarixli Sərəncamı ilə Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri təyin edilib.
Təhsil
- 1995 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi