Əsas məzmuna keç

Rövşən Rafiq oğlu Rəfiyev

Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri

Mənbə: jlc.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Rövşən Rafiq oğlu Rəfiyev Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini 1990-cı ildə bitirib. 1992–1997-ci illərdə Ədliyyə Nazirliyinin ETMEK və KPİ-də baş laborant, birinci kateqoriyalı laborant, kiçik elmi işçi, 1997–2008-ci illərdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ballistik və trasoloji ekspertizalar şöbəsində böyük ekspert işləyib.

2008–2011-ci illərdə Gəncə Yerli İqtisad Məhkəməsinin, 2011–2013-cü illərdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildən Şəki Apellyasiya Məhkəməsinin hakimidir.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 may tarixli Sərəncamı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1990 — Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi