Elçin Şirin oğlu Hüseynov
Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri
Tərcümeyi-hal
Elçin Şirin oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini 1990-cı ildə bitirib. 1990–1993-cü illərdə Şəki Rayon Hüquq Məsləhətxanasında vəkil, 1993–2001-ci illərdə Qax Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri, 2001-ci ildə Qax Rayon Vergilər Şöbəsində hüquqşünas, 2001–2007-ci illərdə Zaqatala Rayon Məhkəməsində məsləhətçi işləyib.
2007–2012-ci illərdə Zaqatala Rayon Məhkəməsinin hakimi, 2012–2018-ci illərdə Şəki Apellyasiya Məhkəməsinin hakimi, 2018–2020-ci illərdə həmin məhkəmənin Hərbi Kollegiyasının sədri olub. 2020-ci ildən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədridir.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 may tarixli Sərəncamı ilə yenidən bu vəzifəyə təyin edilib.
Təhsil
- 1990 — Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi
Xəbərlərdə
-
Elçin Hüseynova yüksək VƏZİFƏ VERİLDİ - FOTO 14 avqust 2024