Əsas məzmuna keç
Çingiz İsgəndər oğlu Əsgərov

Çingiz İsgəndər oğlu Əsgərov

Ali Məhkəmənin sədr müavini

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mənbə: supremecourt.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Çingiz Əsgərov 1973-cü ildə Bakı şəhərində anadan olub.

1989–1991-ci illərdə “Nord” Elmi-İstehsalat Birliyinin hüquq bürosunda inspektor işləyib. 1994–1998-ci illərdə Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsində mütəxəssis və baş mütəxəssis, 1998–2000-ci illərdə həmin şöbənin İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə sektorunda referent olub; 2000-ci ilin yanvar–mart aylarında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qeyri-hökumət təşkilatları ilə iş şöbəsinə ezam olunub. 2000–2003-cü illərdə Avropa Şurası yanında Azərbaycanın Daimi Nümayəndəliyində 1-ci katib, 2003–2020-ci illərdə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri işləyib. 8 dekabr 2003-cü ildən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsidir.

5 may 2020-ci ildən Ali Məhkəmənin hakimi, 6 may 2020-ci ildən Ali Məhkəmənin sədr müavinidir. 24 iyun 2023-cü ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. 2023-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1995 — Bakı Dövlət Universiteti, hüquqşünas (fərqlənmə diplomu)