Tərcümeyi-hal
Kəmalə Abiyeva 1979-cu ildə anadan olub.
2000–2006-cı illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006–2011-ci illərdə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi və hakim köməkçisi işləyib. 2011–2013-cü illərdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 2013–2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub, 2018–2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini vəzifəsində çalışıb.
2020-ci ildən Ali Məhkəmənin hakimi və Kommersiya kollegiyasının sədridir. 2023-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” yubiley medalı, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı, 2025-ci ildə “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” yubiley medalı ilə təltif edilib.
Təhsil
- 2000 — Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, bakalavr (fərqlənmə diplomu)
- 2002 — Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, magistratura (fərqlənmə diplomu)
- 2007–2011 — Bakı Dövlət Universiteti, mülki hüquq ixtisası üzrə aspirantura (müdafiə hüququ saxlanılmaqla)