Tərcümeyi-hal
Hafiz Nəsibov 1962-ci ildə anadan olub.
1979-cu ildə Kuybişev metallurgiya zavodunda quraşdırıcı, 1979–1980-ci illərdə Azərbaycan SSR Avtonəqliyyat Nazirliyinin təmir-tikinti idarəsində dülgər, 1982–1986-cı illərdə Rostorqmontaj trestinin Kuybişev ixtisaslaşdırılmış istehsalat kombinatında çilingər, 1986-cı ildə Kuybişev şəhəri Oktyabrski rayonu Xalq Məhkəməsində katib işləyib. 1988–1989-cu və 1990–1994-cü illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyində baş hüquq məsləhətçisi, 1989–1990-cı illərdə Kuybişev vilayəti Borskoye rayon prokurorluğunda müstəntiq olub.
1994–2000-ci illərdə Naxçıvan MR Hərbi məhkəməsinin, 2000–2003-cü illərdə Naxçıvan MR Ali Məhkəməsinin hakimi olub. 2003–2007-ci illərdə Naxçıvan MR Ali Məhkəməsinin Ağır Cinayətlərə dair İşlər üzrə birinci instansiya kollegiyasının, 2007–2010-cu illərdə Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri işləyib.
2010-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2020-ci ildən Ali Məhkəmənin Cinayət kollegiyasının sədridir. 2008-ci ildə “Tərəqqi” medalı, 2023-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Təhsil
1980–1988 — Kuybişev Dövlət Universiteti (RSFSR)