Əsas məzmuna keç
Sənan Firudin oğlu Hacıyev

Sənan Firudin oğlu Hacıyev

Mülki kollegiyanın sədri

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mənbə: supremecourt.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Sənan Hacıyev 1978-ci ildə anadan olub.

2001–2006-cı illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunda kiçik elmi işçi və elmi işçi, 2006–2010-cu illərdə nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi işləyib. 2010–2013-cü illərdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, 2013–2018-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub.

2018-ci ildən Ali Məhkəmənin hakimi, 2020-ci ildən Ali Məhkəmənin Mülki kollegiyasının sədridir. 2021-ci ildən Məhkəmə-Hüquq Şurasının üzvü, 2023-cü ildən Azərbaycan Hakimlər İttifaqının sədr müavinidir. 2023-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2000 — Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi
  • 2001 — Azərbaycan Beynəlxalq Universiteti, Hüquq fakültəsi (bakalavr, qiyabi)
  • 2004 — Bakı Dövlət Universiteti, Hüquq fakültəsi (magistratura)