Əsas məzmuna keç
Xəqani Səyyad oğlu Məmmədov

Xəqani Səyyad oğlu Məmmədov

İnzibati kollegiyanın sədri

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mənbə: supremecourt.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Xəqani Məmmədov 1976-cı ildə anadan olub.

1998–1999-cu illərdə Konstitusiya Məhkəməsində Mətbuat xidmətinin rəhbəri, 2000–2008-ci illərdə Məhkəmə qərarlarının icrasına nəzarət sektorunun müdiri işləyib. 2008–2010-cu illərdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2010–2013-cü illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub.

2013-cü ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2020-ci ildən Ali Məhkəmənin İnzibati kollegiyasının sədridir. 2023-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1993–1997 — Ankara Universiteti, Siyasi Elmlər fakültəsi
  • 1997–1999 — Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu, dünya siyasi prosesləri və beynəlxalq əlaqələr nəzəriyyəsi, magistr
  • 1999–2004 — Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, hüquqşünaslıq (ikinci ali təhsil, fərqlənmə diplomu)