Operativ Məlumat Mərkəzi

İnam Kərimov: Dövlət siyasətinin mərkəzində vətəndaşımız dayanır

1 dəq
Paylaş:
İnam Kərimov: Dövlət siyasətinin mərkəzində vətəndaşımız dayanır

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Baş Prokurorluğun "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransında deyib.

O qeyd edib ki, bu gün dövlət xidmətlərinin vətəndaşların maraqlarına uyğun təşkil edilməsi bizim əsas məqsədimizdir.

"Vətəndaş məmnunluğu əsas şərtlərdən biridir. Biz vətəndaşın gözləntilərinə uyğun xidmətlər təqdim etməliyik. Vətəndaş gözləntisi daim artmaqdadır. Biz işimizi buna uyğun qurmalıyıq.

Rəqəmsallaşma əsas dövlət siyasətidir. Məhkəmə sistemində elektronlaşdırılma aparılıb və uğurla icra edilir. Rəqəmsallaşma mövcud prosesləri daha çevik həll edilməsini tələb edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər