Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İnam Kərimovun kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" Sarvan Cəfərovun dosyesini təqdim edir:
Sarvan Cəfərov 28 oktyabr 1985-ci ildə anadan olub. Orta təhsilini Bakı şəhər, 178 saylı (1992-2003) orta məktəbdə alıb. 2003-2007-ci ildə Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr pilləsini bitirib. 2007-2008-ci illərədə Azərbaycan ordu sıralarında xidmət edib. 2008-2010-cu illərdə Bakı Dövlət Universitetinin Milli təhlükəsizlik və siyasi strategiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə" Dövlət proqramı çərçivəsində Avstraliyada yerləşən Beynəlxalq Anti korrupsiya Akademiyasında magistr təhsili alıb.
2008-2010-cu illərdə Əmlak məsələri üzrə Dövlət Komitəsində məsləhətçi kimi çalışıb.
2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib. Həmçinin, Kənd təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır.
Aprel ayından 2019-cu ilin noyabrına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub. Noyabrdan 2020-ci ilin martında qədər nazirin müşaviri vəzifəsində çalışıb. Mart ayından iyula kimi Nazirliyinin aparat rəhbəri olub.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
İngilis Rus dillərini bilir. Evlidir, 3 övladı var.