Əsas məzmuna keç

Ukraynaya 2 milyardlıq yardım göstərəcək

Ukraynaya 2 milyardlıq yardım göstərəcək

Volodimir Zelenski və Mark Karninin razılaşması ilə Kiyevə Patriot raketləri, F-16 sursatları və qış enerjisi üçün 1,5 milyard dollarlıq dəstək veriləcək.

ru en

“Kanada Ukraynaya 2 milyard Kanada dolları (təxminən 1,5 milyard ABŞ dolları) həcmində yardım göstərəcək”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Prezidenti Volodimir Zelenski Kanadanın Mark Karni ilə keçirilən görüşdən sonra deyib.

O bildirib ki, əldə olunan razılaşmalara əsasən, Kiyev 2 milyard Kanada dolları məbləğində yardım alacaq.

Yardım paketinə “” raketləri, F-16 qırıcıları üçün sursat, pilotsuz uçuş aparatlarının birgə istehsalı və enerji resursları daxildir.

Kanadanın Baş naziri Mark Karni isə ölkəsinin Ukraynanı dəstəkləməyə davam etdiyini və xüsusilə JUMPSTART mexanizmi çərçivəsində silah tədarükünün maliyyələşdirildiyini bildirib.

Karni qeyd edib ki, Kanada Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına 350 milyon Kanada dolları (təxminən 270 milyon ABŞ dolları) ayıracaq.

"Kanada və Ukrayna JUMPSTART mexanizmi vasitəsilə həyati əhəmiyyət daşıyan hava hücumundan müdafiə raketlərinin alınması ilə bağlı razılaşmanı yekunlaşdırıb. 350 milyon dollar dəyərində olan bu paket Ukrayna əhalisinin, ölkənin infrastrukturunun və hava məkanının qorunmasına kömək edəcək", - Karni bildirib.

əlavə edib ki, Kanada Ukraynanın Enerji Dəstəyi Fonduna da vəsait ayıracaq. Bundan başqa, Ukraynanın qış mövsümündə təbii qaz alması üçün 430 milyon Kanada dolları (təxminən 330 milyon ABŞ dolları) həcmində kredit zəmanəti təqdim olunacaq.

"Bundan əlavə, etibarlı təchizat zəncirlərinin təmin edilməsi məqsədilə enerji və kritik faydalı qazıntılar sektorlarında sıx edəcəyik", - Karni vurğulayıb.

Kanada hökumətinin başçısı həmçinin bildirib ki, ölkəsi Ukraynalı veteranlara dəstək məqsədilə birgə fondun yaradılması üçün Avropadakı müttəfiqləri ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, Zelenskinin Kanadaya səfəri çərçivəsində Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında deklarasiya da imzalayıb. Sənədlə iki ölkə arasında münasibətlər hərtərəfli strateji alyans səviyyəsinə yüksəldilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…