Əsas məzmuna keç

Ətraf mühitin monitorinqi üzrə illik hesabatın təqdim olunmamasına görə cərimələrə dəyişiklik edilir

Ətraf mühitin monitorinqi üzrə illik hesabatın təqdim olunmamasına görə cərimələrə dəyişiklik edilir

Ekoloji vəziyyətlə bağlı illik hesabatı vaxtında təqdim etməyən qurumlar üçün inzibati cərimələrin məbləği İnzibati Xətalar Məcəlləsində yenilənir.

en ru

Ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın təqdim edilməməsinə görə cərimələr dəyişir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik təklif edilir.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 8000 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, layihədə qeyd edilib ki, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün həmin orqana (quruma) təqdim edilməməsinə görə - vəzifəli şəxslər 2000 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində cərimə ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…