Əsas məzmuna keç

Latviya İranın Naxçıvana zərbələrini pisləyib

Latviya İranın Naxçıvana zərbələrini pisləyib

Riqanın Bakıdakı missiyası hava limanına PUA hücumunu kəskin pisləyib. 4 yaralı, Şəkərabaddakı hadisə və XİN-in Müctəba Dəmirçiluya xəbərdarlığı ilə tanış olun.

en ru

Latviyanın Bakıdakı səfirliyi İranın bu gün Azərbaycanın Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları () ilə endirdiyi zərbələri pisləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı diplomatik missiyasının "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Latviyanın Azərbaycandakı səfirliyi Naxçıvan Muxtar Respublikasında hava limanının zədələnməsi və mülki şəxslərin xəsarət alması ilə nəticələnən PUA-nın hücumlarını qətiyyətlə pisləyir, bu da beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik və regionda və təhlükəsizliyə dəstəyimizi təsdiqləyirik", - diplomatik missiyadan bildirilib.

Xatırladaq ki, martın 5-də İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs yaralanıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…