Əsas məzmuna keç

Belçika səfirliyi İranın Naxçıvana hücumlarını kəskin pislədi

Belçika səfirliyi İranın Naxçıvana hücumlarını kəskin pislədi

Bakıdakı diplomatik missiya PUA zərbələri ilə Şəkərabad və hava limanına edilən hücumlara reaksiya verib. Suverenlik pozuntusu və yaralılar barədə mühüm bəyanatın detalları.

en ru

Belçikanın Bakıdakı səfirliyi, İranın dünən Muxtar Respublikası ərazisinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələri pisləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə diplomatik missiyanın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Səfirlik Naxçıvan Muxtar Respublikasına edilən hücumlardan sonra Azərbaycanla tam həmrəyliyini ifadə edir. Mülki şəxsləri təhlükə altına alan və Azərbaycanın suverenliyini, eləcə də beynəlxalq hüququ pozan bu hücumları qətiyyətlə pisləyirik. Zərərçəkənlərin isə tezliklə sağalmasını diləyirik", - paylaşımda qeyd edilib.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə kəndindəki məktəb binasının yaxınlığına düşüb.

Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Hadisə ilə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. tərəfi cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…