Əsas məzmuna keç

Macarıstan səfirliyi İranın Naxçıvana PUA hücumunu pislədi

Macarıstan səfirliyi İranın Naxçıvana PUA hücumunu pislədi

PUA zərbələrinə Budapeştdən sərt reaksiya: Diplomatik missiya suverenliyin pozulmasını tənqid etdi. Yaralılar var, səfir XİN-ə çağırıldı. Şok hücumun təfərrüatı...

en ru

Macarıstanın Bakıdakı səfirliyi İranın pilotsuz uçuş aparatlarının dünən ərazisinə endirdiyi zərbələri təhlükəsizliyin qəbuledilməz pozuntusu adlandırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkələrdəki paylaşımında bildirilib.

" səfirliyi Azərbaycanın Naxçıvan Muxtar Respublikasına edilən hücumları qətiyyətlə pisləyir. Azərbaycanın təhlükəsizliyinin, suverenliyinin və beynəlxalq hüququn bu cür qəbuledilməz şəkildə pozulması regional sabitliyi sarsıdır.

Macarıstan hökuməti və xalqı ilə həmrəydir. Biz xəsarət alanların tezliklə sağalmasını diləyirik", - diplomatik missiyanın məlumatında bildirilib.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb.

Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan tərəfi cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…