Əsas məzmuna keç

Latviya səfirliyi Azərbaycana dron hücumunu şiddətlə pisləyib

Latviya səfirliyi Azərbaycana dron hücumunu şiddətlə pisləyib

Naxçıvan hava limanı və Şəkərabadın hədəf alınmasına sərt reaksiya: İran ərazisindən atılan dronlar beynəlxalq hüququ pozub. 4 yaralının vəziyyəti və təfərrüatlar.

en ru

səfirliyi Azərbaycana dron hücumunu pisləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə səfirliyin hesabında qeyd olunub.

“Latviya Respublikasının Respublikasındakı səfirliyi Respublikasına edilən, hava limanına ziyan verən, mülki şəxslərin yaralanmasına səbəb olan və beynəlxalq hüququn prinsiplərini pozan dron hücumlarını şiddətlə pisləyir. Biz Azərbaycanla həmrəyik və regionda sülh və stabilliyə dəstəyimizi bir daha vurğulayırıq”, - səfirlikdən bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…