Əsas məzmuna keç

BOKT-ların problemli kreditləri ilə bağlı yeni qaydalar hazırlanır

BOKT-ların problemli kreditləri ilə bağlı yeni qaydalar hazırlanır

Mərkəzi Bankın hazırladığı dəyişikliklər bank olmayan kredit təşkilatlarında gecikən borcların idarə edilməsini və müştəri öhdəliklərini necə dəyişəcək?

ru en

Mərkəzi Bankı (AMB) bank təşkilatlarının () problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.

Onun sözlərinə görə, planlaşdırılan dəyişikliklərdən biri də təşkilatlarda mövcud risklərin minimuma endirilməsinə və maliyyə sabitliyinin qorunmasına yönəlib:

"Çünki burada borclanma prosesinə nəzarətin gücləndirilməsi, onun bir istiqamətində isə problemli kreditlərlə bağlı normativ qaydaların işlənib hazırlanması nəzərdə tutulur. Bu sahədə lazımi araşdırmalarımızı aparır və təşkilatlarda fəaliyyətimizi davam etdiririk. Hər hansı mənfi hallar müəyyən edilibsə və qanunvericiliyin tələbləri baxımından onları aşkarlaya bilmişiksə, onların aradan qaldırılması istiqamətində müvafiq işlər həyata keçirilir. Yəni bu sahədə lazımi tədbirlər görürük. Məsələn, etibarlı məlumatların vaxtında təqdim edilməməsi ilə bağlı gecikmələr baş veribsə, bu məsələ ilə əlaqədar da müvafiq addımlar atılıb".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…