Əsas məzmuna keç

Bu BOKT-ların LİSENZİYASI LƏĞV EDİLDİ

Bu BOKT-ların LİSENZİYASI LƏĞV EDİLDİ

Mərkəzi Bankın qərarı ilə maliyyə bazarlarında ciddi dəyişiklik: Lisenziyası geri çağırılan bank olmayan kredit təşkilatları ilə bağlı detallar açıqlandı.

en ru

Mərkəzi Bankı (AMB) iki bank olmayan təşkilatının () lisenziyalarını ləğv edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" MMC BOKT-un təqdim etdiyi ərizədən irəli gələrək, AMB-nin İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli qərarı ilə, onun 28 iyul 2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.

İdarə Heyətinin yuxarıda göstərilən Qərarı ilə, həmçinin, Qanunun 25-ci maddəsinə əsasən, prudensial tələblərə riayət etməməklə AMB-yə təhrif olunmuş hesabatların təqdim olunmasına görə "Fintrend" MMC BOKT-a verilmiş 5 iyun 2014-cü il tarixli, BKT-24 nömrəli lisenziya ləğv edilib.

Qanuna əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

Bununla da, ölkədə BOKT-ların sayı 51-ə düşüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…