Əsas məzmuna keç

Bank "BTB"nin aktiv və öhdəlikləri ABB-yə ötürülüb

Bank "BTB"nin aktiv və öhdəlikləri ABB-yə ötürülüb

Mərkəzi Bankın qərarı ilə Bank BTB kredit təşkilatına çevrilir. Depozit və kredit portfelinin ABB-yə köçürülməsi müştərilər üçün nəyi dəyişir? Ətraflı oxuyun.

ru en

Mərkəzi Bankının İdarə Heyətinin 05 mart 2026-cı il tarixli ilə, qanunvericiliyə müvafiq olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" AMB-yə istinadən xəbər verir ki, yenidən təşkil prosesi çərçivəsində, Bank “BTB” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilib, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə, “Azərbaycan Bankı” ASC (ABB) ilə Bank “BTB” ASC arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmış və həmin müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.

Bank “BTB” ASC-nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə , bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb.

Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanıb. Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülmüş, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…