Banqladeş Prezidenti Məhəmməd Şahabuddin səhhətində yaranan problemləri əsas gətirərək vəzifəsindən istefa verdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Hazırda müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirəm. Bundan başqa deyəcəyim bir söz yoxdur", - o bildirib.
Bəzi mənbələrin məlumatına görə, prezident administrasiyasının rəsmiləri Şahabuddinin istefa ərizəsini parlamentə təqdim ediblər.
Onun istefasının may ayında Londona səfəri zamanı ölkədən daha əvvəl qaçmış sabiq Baş nazir Şeyx Hasina Vacidlə telefon danışığı apardığı barədə iddialardan sonra baş verməsi diqqət çəkib.
Keçmiş hakim olan Məhəmməd Şahabuddin 2023-cü ilin aprelində Banqladeş Prezidenti kimi and içərək vəzifəsinin icrasına başlamışdı.