Əsas məzmuna keç

Vens İrana məktub göndərib

Vens İrana məktub göndərib

Donald Trampın təsdiqlədiyi müraciətdə Vaşinqtonun Tehranla nüvə proqramı və sanksiyalarla bağlı danışıqları bərpa etməsi tələbi yer alıb.

en ru

ABŞ-nin vitse-prezidenti Cey Di İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Axios" adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.

Məktubda Vaşinqtonun ABŞ-nin zərbələrinin dayandırılması ilə bağlı danışıqları bərpa etməzdən əvvəl Tehranla məsələsini müzakirə etməli olduğu vurğulanıb.

Adı açıqlanmayan rəsminin sözlərinə görə, ABŞ Prezidenti məktuba müsbət reaksiya verib. Mənbə məktubun nə vaxt göndərildiyini açıqlamaqdan imtina edib.

Möhsün Rzaiyə göndərilən məktub son aylarda ABŞ ilə İran arasında ən yüksəksəviyyəli təmas kimi qiymətləndirilir. Bu, Trampın aralıq seçkilərindən sonra İranda genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyi nəzərdən keçirdiyi barədə məlumatların yayıldığı bir vaxta təsadüf edir.

Danışıqların bərpası qarşısındakı əsas maneələrdən biri İranın ABŞ-dən əvvəlcə dəniz blokadasını aradan qaldırmağı, dondurulmuş İran aktivlərini açmağı və neft satışına icazə verməyi tələb etməsidir.

ABŞ isə hər hansı sanksiyanın ləğvindən əvvəl İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməsini istəyir.

Qeyd edək ki, oktyabrın 28-də Tramp jurnalistlərə açıqlamasında Vensin məktubunun İrana zəruri tibbi ləvazimatların çatdırılmasına köməklə bağlı olduğunu bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…