Əsas məzmuna keç

BƏƏ və ABŞ prezidentləri telefonla danışdı

BƏƏ və ABŞ prezidentləri telefonla danışdı

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Donald Tramp Yaxın Şərqdəki gərginliyi müzakirə edib. İranın raket hücumları fonunda liderlərin dialoqu nədən bəhs edir?

en ru

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx bin Al Nəhyan ABŞ prezidenti Trampla aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı liderlər Yaxın Şərqdəki son hadisələri və bu istiqamətdə həyata keçirilən səyləri müzakirə ediblər.

Tərəflər həmçinin müxtəlif əməkdaşlıq və birgə fəaliyyət məsələlərinə, eləcə də hər iki ölkənin maraqları naminə əlaqələrin daha da möhkəmləndirilməsi yollarına toxunublar.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin ilk altı həftəsində İran körfəz ölkələri arasında ən böyük zərbəni BƏƏ-yə endirib.

Məlumata görə, İran bu müddət ərzində BƏƏ ərazisinə 530-dan çox ballistik , onlarla qanadlı raket və 2 200 pilotsuz uçuş aparatı göndərib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…