Əsas məzmuna keç

"Yaxın Şərqdəki münaqişənin sülh yolu ilə həlli vacibdir" - Qətərin Baş naziri

"Yaxın Şərqdəki münaqişənin sülh yolu ilə həlli vacibdir" - Qətərin Baş naziri

Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani və Albarez İranın təcavüzü, enerji təhlükəsizliyi və hərbi eskalasiyanın ağır fəsadlarını müzakirə ediblər. Daha ətraflı:

en ru

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ispan həmkarı Xose Manuel Albarez ilə telefon danışığında Yaxın Şərqdə davam edən münaqişənin “dinc yolla” həll edilməsinin vacibliyini vurğulayıb və hərbi eskalasiyanın “ciddi nəticələri” barədə xəbərdarlıq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi X hesabında yazıb.

Nazirlik bildirib ki, hər iki rəsmi Qətərə və regiondakı digər ölkələrə qarşı “İranın ədalətsiz təcavüzünün dayandırılmasının” vacibliyini bir daha vurğulayıb.

Qətər naziri həmçinin birgə səylərin gücləndirilməsinin, danışıqlar masasına qayıtmağın və böhranı həll etməyin, qlobal təhlükəsizliyinin təmin edilməsinin, naviqasiya azadlığının, ətraf mühitin təhlükəsizliyinin və regional sabitliyin qorunmasının vacibliyini qeyd edib.

Albarez isə ölkəsinin Qətərlə həmrəyliyini ifadə edərək “gərginliyin azaldılmasının, mülki infrastrukturun və obyektlərin qorunmasının və enerji sektorunun təhlükəsizliyinin təmin edilməsinin” vacibliyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…