Əsas məzmuna keç

Hörmüz boğazında gəmiçilik təhlükəsizliyini müzakirə etdilər

Hörmüz boğazında gəmiçilik təhlükəsizliyini müzakirə etdilər

KƏƏŞ nazirləri Fars körfəzində ticarət gəmilərinin təhlükəsizliyini müzakirə ediblər. Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Taninin də qatıldığı kritik görüşdə hansı qərarlar qəbul olundu?

en ru

Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına (KƏƏŞ) üzv ölkələrin nazirləri onlayn məsləhətləşmə görüşündə boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasını müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, görüş iştirakçıları boğazda gəmiçiliyin azadlığı və təhlükəsizliyi ilə bağlı məsələlər üzrə Şuraya üzv ölkələr arasında koordinasiya və məsləhətləşmələrin gücləndirilməsi yollarını nəzərdən keçiriblər.

Nazirlər beynəlxalq hüquqa uyğun olaraq tranzit hüququnun təmin edilməsinin, habelə bütün sahilyanı dövlətlərin suveren hüquqlarına hörmət edilməklə gəmilərin və ticarət yüklərinin fasiləsiz hərəkətinin vacibliyini vurğulayıblar.

Videokonfrans formatında keçirilən görüşdə Qətərin və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani də iştirak edib.

Tərəflər həmçinin regionda aparılan danışıqların hazırkı mərhələsi və gərginliyin azaldılması məqsədilə əldə olunması nəzərdə tutulan razılaşmalar ətrafında fikir mübadiləsi aparıblar.

Xarici işlər nazirləri problemlərin həllində siyasi və diplomatik üsullara üstünlük verilməsinin, eləcə də bütün tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…