Əsas məzmuna keç

Qətər İranla regional təhlükəsizlik çərçivəsi yaratmağı hədəfləyir

Qətər İranla regional təhlükəsizlik çərçivəsi yaratmağı hədəfləyir

Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani regionda sabitliyin təmin edilməsi üçün İran və digər körfəz ölkələri ilə yeni təhlükəsizlik mexanizminin vacibliyini vurğulayıb.

en ru

Qətərin və naziri Məhəmməd bin Al Tani regionda təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu fikirləri “Financial Times” nəşrinə verdiyi müsahibədə səsləndirib.

Məlumata görə, Baş naziri Hörmüz boğazının bağlanmayacağına dair müəyyən təminatların mövcud olduğunu bildirib. O qeyd edib ki, İsveçrənin Bürgenstok şəhərində keçirilən danışıqlar zamanı Vaşinqton və Tehran arasında birbaşa əlaqə kanalının yaradılması barədə razılıq əldə olunub. Bu mexanizmin minalardan təmizləmə əməliyyatları zamanı dezinformasiyanın qarşısının alınması və operativ koordinasiyanın gücləndirilməsi baxımından mühüm rol oynayacağı vurğulanıb.

Bildirilib ki, “Qatar Energy” şirkəti təhlükəsizlik tam təmin olunana qədər fövqəladə vəziyyət rejimini davam etdirəcək.

Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani həmçinin Hörmüz boğazının idarə olunması ilə bağlı hər hansı modelin İran, Oman və Fars körfəzi ölkələri ilə geniş şəkildə müzakirə edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, hazırda əsas məqsəd İran və digər regional dövlətlər arasında yeni təhlükəsizlik çərçivəsinin formalaşdırılmasıdır.

Qətər rəsmisi Livan və İsrail arasında mövcud gərginliyə də toxunaraq, İsrailin bəzi hallarda həddindən artıq reaksiyalar verdiyini bildirib. O qeyd edib ki, Livanda vəziyyətin nəzarətdə saxlanılması üçün atəşkəsə nəzarət və tərəflər arasında koordinasiyanı təmin edən yeni mexanizm fəaliyyət göstərir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…